FACİƏ: 40-a yaxın uşaq göldə boğuldubackend

FACİƏ: 40-a yaxın uşaq göldə boğuldu

Hindistanın Bihar ştatında “Jivitputrika” festivalı zamanı azı 43 nəfər, o cümlədən 37 uşaq boğulub, daha üç nəfər itkin düşüb.

KONKRET.az xəbər verir ki, bu barədə Biharın Fövqəladə Hallarla Mübarizə Departamentinin nümayəndələri jurnalistlərə məlumat veriblər.

Bildirilir ki, insanlar festival zamanı ştatın müxtəlif yerlərində çaylarda və göllərdə müqəddəs yuyunma mərasimləri zamanı həlak olublar.

“Hazırda ümumilikdə 43 cəsəd tapılıb. Axtarış əməliyyatı davam edir”, – deyə departamentdən bildirilib.

Faciəli hadisələr ştatın 15 rayonunda qeydə alınıb.

“Jivitputrika” – Biharda ən böyük festivallardan biridir. Bu zaman hindistanlı qadınlar övladlarının rifahı naminə oruc tutur və su hövzələrində müqəddəs yuyunma mərasimləri həyata keçirirlər. Bir qayda olaraq, qadınlar dini mərasimə öz uşaqlarını da aparırlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*