KONKRET.az xəbər verir ki, Moskvanın mərkəzində Federal Təhlükəsizlik Xidmətinin inzibati binasında Vorovski meydanına baxan otaqların birində üç nəfər barrikada qurub. Hüquq-mühafizə orqanlarından birinin Lenta.ru-ya verdiyi məlumata görə, onlardan biri atəş açmaqda davam edir.
Ərazidə nəqliyyatın hərəkəti bağlanıb, təcavüzkarlar bloklanıb. Müxtəlif mənbələrə görə, hüquq mühafizə orqanlarının üçə qədər əməkdaşı öldürülüb.