Fələstin Beynəlxalq Cinayət Məhkəməsinə müraciət etdibackend

Fələstin Beynəlxalq Cinayət Məhkəməsinə müraciət etdi

Fələstin İsrailin Qəzzadakı hərəkətləri ilə bağlı Beynəlxalq Cinayət Məhkəməsinə müraciət edib.

KONKRET.az xəbər verir ki, bu barədə Fələstinin Vyanadakı səfiri Salah Abdel Shafi “RİA Novosti”yə bildirib.

“Biz hesab edirik ki, bütün bu cinayətlər cəzasız qalmamalıdır. Ona görə də İsraildən hesab sorulmalıdır. Bununla bağlı Beynəlxalq Cinayət Məhkəməsinə ərizələr vermişik”, – deyə diplomat bildirib.

O, məhkəməyə müraciətlərin təxminən üç həftə əvvəl göndərildiyinə aydınlıq gətirib.

“Beynəlxalq cinayət məhkəməsinin baş prokuroru bölgəyə səfər etdi və dedi ki, hər şey araşdırılmalı, hərbi cinayətlər törətmiş hər kəs, istər fələstinli, istərsə də israilli, milliyətindən asılı olmayaraq, məsuliyyətə cəlb edilməlidir”, – Salah Abdel Shafi izah edib.

Burhan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*