Fələstin prezidenti isə Moskvaya gəlir – Kreml təsdiqlədibackend

Fələstin prezidenti isə Moskvaya gəlir - Kreml təsdiqlədi

Fələstin lideri Mahmud Abbasın Rusiyaya səfəri hazırlanır, tarixlər daha sonra açıqlanacaq.

KONKRET.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Həqiqətən də, bu səfər hazırlanır və biz bu səfərin tarixini vaxtında açıqlayacağıq”, – deyə o, Abbasın yayın sonuna qədər Rusiyaya səfər edə biləcəyi sualına cavab verərkən bildirib.

Qeyd olunur ki, Mahmud Abbas səfəri zamanı Rusiya prezidenti Vladimir Putinlə görüşmək niyyətindədir. İki ölkə prezidentlərinin sonuncu şəxsi görüşü 2018-ci ilin fevralında baş tutub.

Yada salaq ki, iyunun 25-də HƏMAS-ın siyasi bürosunun rəhbərinin müavini Musa Əbu Mərzuk Moskvaya səfər edib.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*