Fələstin hakimiyyəti Qəzza zolağı ilə bağlı öhdəlikləri öz üzərinə götürməyə hazır olduqlarını açıqlayıb.
KONKRET.az TASS-a istinadən xəbər verir ki, bu barədə Fələstin prezident administrasiyasının məlumatda deyilir: “Fələstin Qəzza zolağına tam sadiq olmağa və iki dövlətli həllə (Fələstin və İsrail dövlətlərinin dinc yanaşı yaşaması nəzərdə tutulur) əsaslanan ədalətli və davamlı sülhə nail olmaq üçün səyləri davam etdirməyə hazır olduğunu bir daha təsdiqləyir”.
Vəli Həsənoğlu,
KONKRET.az