Fələstin Xarici İşlər Nazirliyi İsrailə öz ərazilərini ilhaq etməmək barədə xəbərdarlıq edib.
KONKRET.az xəbər verir ki, bu barədə Fələstin XİN-in bəyanatında qeyd olunub.
Fələstin Xarici İşlər Nazirliyi Qəzzalıların köçürülməsi planlarının qarşısını almaq üçün hər şey edəcəklərinə söz verib.
“Xarici İşlər Nazirliyi işğalçı İsrail qüvvələrinə fələstinlilərin zorla köçürülməməsi ilə xəbərdarlıq edir və bu cinayəti törətməməyi məsləhət görür. Biz bu məsələ ilə bağlı beynəlxalq konsensusu praktiki addımlara çevirmək üçün səylərimizi davam etdirəcəyik”, – bəyanatda vurğulanıb.
Müşviq Tofiqoğlu
KONKRET.az