Fərid Axundov “Bakı Fond Birjası” QSC-nin Müşahidə Şurasının sədri təyin edilib.
KONKRET.az xəbər verir ki, bu barədə “Bakı Fond Birjası”nın səhmdarlarınının növbədənkənar iclasında qərar verilib.
Məlumata görə, F. Axundov BFB-nin Müşahidə Şurasının üzvü və sədri vəzifəsinə təyin olunub.
Qeyd edək ki, Fərid Axundov daha öncə Azərbaycanın qabaqcıl maliyyə qurumlarında çalışıb. 1996-cı ildən 2003-cü ilədək HSBC-nin subsidiar bankı olan “British Bank of the Middle East”də bir sıra rəhbər vəzifələrdə işləyib.
“PAŞA Bank”da 2007-ci ildən İdarə Heyətinin sədri olub.
F. Axundov 23 may 1971-ci ildə anadan olub. Ali təhsilini 1992-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda başa vurub. O, Nottingem Trent Universitetinin İdarəetmə Kurslarını bitirib.
Fərid Axundov 1994-cü ildə Böyük Britaniyanın təltif etdiyi nüfuzlu “Chevening” təqaüdünü qazanan ilk azərbaycanlılardan biri olub və 1995-ci ildə Böyük Britaniyanın Salford Universitetinin MBA dərəcəsini alıb.