Fərid Qayıbov Suraxanı Gənclər Evinin fəaliyyəti ilə tanış oldubackend

Fərid Qayıbov Suraxanı Gənclər Evinin fəaliyyəti ilə tanış oldu

Gənclər və idman naziri Fərid Qayıbov konfederativ və iri gənclər təşkilatlarının nümayəndələri ilə görüşüb. Suraxanı Gənclər Evində keçirilən görüşdə 13 böyük gənclər təşkilatlarının rəhbərləri iştirak edib. Nazir öncə Suraxanı Gənclər Evinin fəaliyyəti ilə tanış olub.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən KONKRET.az-a bildiriblər ki, bundan öncə keçirilmiş görüş zamanı Gənclər evlərinin fəaliyyətinin təkmilləşdirilməsi, gənclər təşkilatlarının fəaliyyətinə dair qanunvericilik, regionlarda gənclərin rəqəmsal bacarıqlarının inkişaf etdirilməsi, özəl sektorun gənclərin fəaliyyətini dəstəkləməsi ilə bağlı korporativ sosial məsuliyyət çərçivəsində əməkdaşlıq, gənclərin könüllülük fəaliyyəti, tələbələrin gənclər evlərində təcrübə keçmələri, təlimçilərlə iş və s. istiqamətlər üzrə hazırlanmış təkliflərin gənclər təşkilatları tərəfindən təqdimatları olub.

Sonda nazir qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə gənclər təşkilatlarını təbrik edib və görüşlərin daimi keçirilməsinin vacibliyini qeyd edib.

Görüşdə nazir müavini İndira Hacıyeva, Gənclərlə iş şöbəsinin müdiri Fuad Babayev və nazirliyin kadr hazırlığı sektorunun baş məsləhətçisi Ramil Cəbrayılov da iştirak ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*