Ukraynalı fermerlər kənd təsərrüfatına yararlı torpaqların xarici vətəndaşlara satılması ilə bağlı qanun layihəsinə etiraz ediblər.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, paytaxt Kiyevdə parlament binası qarşısına toplaşan vətəndaşlar “Torpaq xaricilərə satılmır” şüarları səsləndirib və yolları bağlayaraq kənd təsərrüfatı torpaqlarının satışına qoyulan qadağanın ləğvi ilə bağlı qanun layihəsinə qarşı çıxıblar.
Aksiya zamanı nümayişçilərlə polis arasında toqquşma yaranıb. Polis gözyaşardıcı qazla etirazçılara müdaxilə edib. Həmçinin hüquq mühafizə orlqanları vətəndaşlara daş atmaqla da təzyiq göstərib.
Prezident Vladimir Zelenski Ukraynada kənd təsərrüfatı torpaqlarının əcnəbilərə satılması ilə bağlı məsələnin həlli üçün referendumun keçiriləcəyini açıqlayıb.
Qeyd edək ki, BVF Kiyevə verdiyi kreditlərin davam etdirilməsi üçün kənd təsərrüfatı torpaqlarının satışına qoyulan moratoriumun ləğv edilməsini tələb edib.
Hazırladı: Günel MUSEYİB