Azərbaycan millisinin baş məşqçisi vəzifəsindən ayrılan Fernando Santuş vida mesajı paylaşıb.
KONKRET.az Qafqazinfo-ya istinadən xəbər verir ki, sözügedən mesaj Portuqaliyanın “A Bola” nəşrində tirajlanıb:
“Federasiya prezidentinə mənə hər zaman göstərdiyi hörmət və şəxsi diqqətə görə təşəkkür etməyə bilmərəm. Bu müddət ərzində mənə göstərdikləri qonaqpərvərliyə və sevgiyə görə Azərbaycan xalqına da təşəkkürümü bildirirəm.
2024-cü ilin iyununda AFFA-nın mənim qarşıma qoyduğu hədəf ölkə futbolunun əsaslarını texniki və infrastruktur baxımından, o cümlədən rəqabətli struktur baxımından yenidən formalaşdırmaq idi.
AVRO-2028-in seçmə mərhələsi üçün rəqabətədavamlı bir komanda formalaşdırmaq idi. Mən 2024-cü ilin sentyabrında əvvəl çalışdığım federasiyalarda hazırladığım layihələrə bənzər, lakin uyğunlaşdırılmış geniş bir plan təqdim etdim.
Ümid edirəm ki, bu layihə AFFA üçün faydalı olacaq və gələcəkdə daha yaxşı nəticələrə imkan verəcək futbol istedadlarının yetişdirilməsi üçün zəruri sərmayəni təşviq edəcək. Hamıya ən səmimi arzularımı çatdırıram”.