Fətullah Gülən kimdir? – DOSYEbackend

Fətullah Gülən kimdir? - DOSYE

FETÖ terror təşkilatının lideri Fətullah Gülən ölüb. Bu barədə məlumatı FETÖ liderinin yaxın ətrafı tərəfindən idarə olunan “Herkul” saytı öz “X” hesabında paylaşıb.

O, dünən yerləşdirildiyi xəstəxanada vəfat edib. 83 yaşlı Gülənin qohumu Ebuseleme Gülən də sosial şəbəkə hesablarında paylaşım edərək onun ölüm xəbərini təsdiqləyib.

KONKRET.az xəbər verir ki, Yenisabah.az Gülənin həyatı və fəaliyyəti ilə bağlı bir sıra önəmli faktları təqdim edir:

Gülən 1941-ci ildə Türkiyənin Ərzurum bölgəsinin Qorucuq kəndində anadan olub. O, 1959-cu ildə Türkiyə Respublikası Diyanət İşləri üzrə Dövlət Komitəsinin nəzdində rəsmi işə başlayıb və təqribən 30 il Türkiyənin Ədirnə, Kırklareli, İzmir, Edremit, Manisa, Çanaqqala və s. bölgələrində müxtəlif vəzifələrdə çalışıb. Bu illər ərzində həyəcanlı və səmimi söhbətləri, verdiyi xütbə, vəz və konfranslar sayəsində Türkiyədə özünə çoxsaylı tərəfdarlar tapıb. Gülənin təşfiqi ilə 80-ci illərdən etibarən Türkiyənin iri şəhərləri başda olmaq üzrə tələbə yataqxanaları açılıb, daha sonra tərəfdarlarından ibarət müəllim və idarəçilərin olduğu liseylər fəaliyyətə başlayıb. Bundan başqa həmin qurumları maliyə yönündən dəstəkləyən iş adamları da hərəkatın içində təşkilatlandırılıb. Gülənin təşviqi ilə 1990-cı illərdə ilk öncə Türkiyədə, Sovet İttifaqının dağılması ilə də ilki Naxçıvanda olmaqla, Orta Asiya ölkələri və sonra da dünyanın yüzdən çox dövlətində təhsil müəssisələri açılıb. Xarici ölkələrdəki fəaliyyəti zamanı Türkiyə Respublikasının hökumətləri gülənçiləri dəstəkləyib, Turqut Özal, Süleyman Dəmirəl və Bülent Ecevit kimi hökumət başçılarının göndərdiyi referans məktubları sayəsində getdikləri ölkələrdə fəaliyyətlərinə münbit şərait yaradılıb.

1999-cu ildən etibarən, tərəfdaşlarının iddiasına görə, xəstəliyi ilə əlaqədar, digər iddialar görə isə Fevral Hadisələrinə görə ABŞ-yə gedən Gülən hazırda Pensilvaniya ştatında yaşayırdı. Fətullah Gülən və 15 iyul 2016-cı il tarixində Türkiyədə baş tutan çevriliş cəhdinin təşkilatçısı olmaqla ittiham edilirdi. Başda Türkiyə olmaqla, bir sıra dünya ölkələrdə gülənçilər “FETÖ” adı altında terror təşkilatı kimi tanınır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*