Fevralın 1-dən qüvvəyə minəcək utilizasiya haqqı nə qədərdir? – Sürücülərin NƏZƏRİNƏ!backend

Fevralın 1-dən qüvvəyə minəcək utilizasiya haqqı nə qədərdir? - Sürücülərin NƏZƏRİNƏ!

Xəbər verdiyimiz kimi, daxili işlər naziri Vilayət Eyvazov “Nəqliyyat vasitələrinin texniki vəziyyətinə və onların təhlükəsiz hərəkətinin təmin edilməsinə Dövlət Yol Polisinin nəzarəti qaydaları barədə Təlimat”da dəyişiklik edib.

Qərarla nəqliyyat vasitəsinin qanunla müəyyən edilmiş hallarda dövlət texniki baxışı keçirilərkən sürücülərdə dövlət rüsumu ilə yanaşı, “Tullantılar haqqında” qanuna uyğun olaraq müəyyən edilən utilizasiya haqqının da sənədi olmalıdır. Bununla yanaşı, dövlət texniki baxışının həyata keçirilməsi zamanı, dövlət rüsumu ilə yanaşı, utilizasiya haqqı da ödənilməlidir.

Qərar respublika daxili işlər orqanlarında elan edilib və sənədlə bağlı bənd 2024-cü il fevralın 1-dən qüvvəyə minir.

KONKRET.az xəbər verir ki, mövzu ilə bağlı Redaktor.az-a danışan nəqliyyat eksperti Yasin Mustafayev bildirdi ki, texniki baxışla bağlı son dövrlər vətəndaşlar, sürücülər bəzi narazılıqlarını bildirirlər.

O qeyd etdi ki, çünki fevralın 1-dən əlavə utilizasiya haqqı ödəməlidirlər:

“Əslində, bu, o qədər də böyük rəqəm deyil, simvolik rəqəmdir. Yəni yığılan vəsait utilizasiya fonduna yığılmalıdır və oradan gələcəkdə utilizasiya olunacaq avtomobillərə həmin fonddan ödəniş olacaq. Belə bir şey dünya praktikasında var. Söhbət ondan gedir ki, bizim avtomobil parkımız hazırda çox köhnəlib. Yəni avtomobillərin 70-80 faizi 20 ildən və ondan daha çox istehsal tarixi olan avtomobillərdir. Köhnələ-köhnələ də gedir. Ölkəyə gətirilən avtomobillərin sayı da durmadan artır. Ölkədə avtomobil artır və eyni zamanda, avtomobil parkı köhnəlməkdə də davam edir. Bir şəkildə köhnə avtomobillər utilizasiya olunmalıdır. Yəni bunlar dövriyyədən çıxarılmalıdır. Bunun üçün də müəyyən vəsait tələb olunur. Çünki bunun müəyyən hissələri var, müəyyən materiallardan təşkil olunub.

Bunu ləğv etmək üçün müəyyən xərc tələb olunur. Həmin xərci ödəmək üçün bu fond təşkil olunub. Bu fonda da ölkəyə idxal olunan avtomobildən, eyni zamanda, hər il texniki baxışdan keçən avtomobillərdən rüsum tutulacaq. Yəni böyük rəqəm də deyil. 1 ildən 10 ilə qədər 10 manatdır, 11-21 il 20 manat, 21-31 il 30 manat, 31 ildən yuxarı olan isə 40 manatdır. Bu da tətbiq olunur ki, köhnə avtomobillər alınmasın. Təzə avtomobilə keçid olunsun, köhnə avtomobillər yavaş-yavaş dövriyyədən çıxsın. Eyni zamanda da, fond formalaşsın ki, o pulu, yəni utilizasiya gedən avtomobilin pulu fonddan verilsin. Yəni bunun məqsədi, məramı bundan ibarətdir”.

  • İlkin
    Dekabr 26, 2023 - 19:03

    Düşüncəyə bax eey. Kim kefindən gedib köhnə maşın alar? Elə edin ki,gedib təzə maşın alaq.
    Simvolik qiymət. Simvolik hardan oldu? 30 manat ola bilsin bu “ekspert” üçün simvolik ola bilər. Bu “simvolik” rüsum bir deyil, iki deyil.
    Bəlkə mən heç vaxt maşınımı utilizasiya etdirməyəcəm. Niyə o pulu ödəməliyəm? Sonra da deyirlər utilizasiya məcburi olmayacaq. Məcburi necə olur daha? Qonağa get demirlər, altından stulu çəkirlər. Bu da döndü vaksinasiyanın könüllü olmasına.

    -Utilizasi könüllüdür?
    -Yesn’t

    Belə “ekspertlərdir” də həmişə çanaq tutanlar. Həmişəki kimi gör prosesə haradan girişirlər. Elə düşüncəlisinizsə götürün 10 yaşadək avtomobillərin gömrük rüsumunu “simvolik” edin ki, camaat da yeni maşın alsın.

  • Bəşir
    Dekabr 26, 2023 - 21:16

    Heerenib dolanıb yenə qənim kəsilin bədbəxd kasıbın cana ultizasiya nagıldı deyin ki texniki baxşın pulun qaldırıq cibmiz boşdu kimin gücü nəyə çatır onuda alıb sürûr dünyada heç yerde bele qanun eşidməmişəm

  • Vuqar
    Dekabr 27, 2023 - 10:43

    İndilik utilizasiya haqqı simvolik olsa da sonra tədricən artıırılacaq. 2-cisi də ki, maşını utilizasiya edənlər söküb onu metal qəbuluna verib əvəzində pulunu alırlar.. Ondansa İlkin qardaş deyən kimi gömrük rüsumunu yeni maşınlar üçün azaldardılar ki, camaat gedib yeni maşın ala bilsin. Yox əgər məqsəd Bakıdakı avtomobil sıxlığını aradan qaldırmaqdırsa birinci növbədə Universitetləri və digər ali təhsil ocaqlarını regionlara köçürməkdən başlamaq olardı.

  • Fəxrəddin
    Dekabr 30, 2023 - 02:28

    Bu vaxta qədər bu qanun olmayıb ,amma yaşamışıq və köhnə maşınlar da metal kimi utilizasiya edilib.Belə qanunlar -yeni fondlar milləti soymağın bir yoludur və xalqa heç bir xeyri yoxdur ,ziyanınıdan Avtomobil parkını yeniləməsini yolu isə gömrük rüsumu və qiymətdən-bir də millətin sosial durumundan asılıdır,utilizasiya dan yox.İşsizlik və yoxsulluğun aradan qalxması üçün fond yaratmaq daha ağıllı bir iş olardı

  • Sultan
    Dekabr 31, 2023 - 04:37

    Hər il utilizasiya pulu alacaqlar? Bəs bir avtomobil istismara yayarlı olanda neçə dəfə utilizasiya olunacaq?

  • Tofik
    Yanvar 13, 2024 - 16:09

    Gömrükdə bir maşının pulunu da əlavə alırlar.Hec kim istəməz ki köhnə maşın sürənlər.Gurcustanla eyni müstəqil ölkə olmuşuq.orda maşın üçün gömrük pulu demək olar ki qəpik qurusadir.Amma bizdə necə?Bizdə Samalyotlar aeroportlar dövlət-din.yanacaq özümüzdən hamı gürcüstandan uçur xarici ölkələrə.Sual verən yoxdur ki Neft qaz ölkəsində niyə bizdə hər şey bahadir?Konkret deyirlər ki,kasıb qalmasın hamısı ölsun.bunun başqa adı yoxdur.Varsa mənə deyin.İcra Hakimiyyətində işləyənlər hələ də güclü maaş almırlar düzdür?Amma sürdükləri maşınların qiyməti ən azı 50 min AZN likdir.Obyektləri var mağaza restoran və.sSual verən var ki,sən maaşa baxan adamsansa o boyda mal mülk hardandır?

    • İlkin
      Aprel 12, 2024 - 21:31

      Bizde bilmirsen memurlar vekiller hokumet sahipkardi yoxsa dovlet memuru vekili hokmeti

  • Abdulla
    Yanvar 31, 2024 - 14:56

    Məqsed ayrıdı, niyyət ayrı. 2000 ci ilin 1.5 motor vəziyyəti de normal olan avtomobil havanı çox çirkləndirir yoxsa 2020 ci ilin 4 motor avtomobili?

  • Elburus
    Fevral 1, 2024 - 22:02

    Fikriniz camatı Tam bankrut etməkdi noldu savet vaxtnda maşın utulizasiya olunmurdu hava çox çirklənirdi ? əlbəttə ki yox sizin fikriniz əlavə gəlir gətirməkdi bu yanan hər gün qiymətləri artrsz belə də deyirsiz utulizasiya olunmalıdı 2020 ci ilin maşını neçiyədi ? camaat o pulu hardan gətirsin yaxşı siz Allah adamı əsəb etməkdən ötəri ölursuz

  • Kenan
    Fevral 4, 2024 - 14:31

    Eger meqsed masin sixligini azaltmaqdisa pulla suruculuk vesiqesinin verilmesinin qabagi alinmalidi.yox kasibin bir atı var onuda elinden almaqdisa o ayri mesele
    ))

  • Vüqar
    Fevral 22, 2024 - 01:23

    Məsələ burasındadır ki , necə ki , 30 manatlıq texniki baxışa 80 man. alırdilar , indi hər utilizasiya haqqının üstünə 10-20 m. soxusdururlar. Ən aşagisi 120 manatdan başlayir. Bunlara bir nəzarət edən yoxdur?

  • Fateh
    Fevral 26, 2024 - 10:05

    Maraqlıdır Daxili işlər Nazirinin respublika səviyyəsində qərar vermək səlahiyyəti varmı? Respublika səviyyəsində ölkənin prezidentinin və ya baş nazirinin qərar və ya sərəncam vermək səlahiyyıti var məncə. Adın simvolik rəqəm qoyurlar, xalqı lap avam yerinə qoyublar. Ölkədə neçə mln. Avtomobil var? Simvolik rəqəmlə hesablasaq bu milyonlarla vəsait deməkdir. Xalqa belə ürəyiniz yanırsa ölkəyə gətirilən avtomobillərin rüsumun simvolik edin ki, aşağı təbəqənin də gücü çatsın təzə avtomobil almağa.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*