FHN-in həkimindən yaralılarla bağlı açıqlamabackend

FHN-in həkimindən yaralılarla bağlı açıqlama

Azərbaycan Hava Yolları”nın təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğramasından sonra Prezident İlham Əliyevin tapşırığına əsasən Fövqəladə Hallar Nazirliyinin tibbi xidmətinin, xilasetmə qüvvələrinin əməkdaşları xüsusi texnikalarla hadisə yerində fəaliyyət göstərirlər.

KONKRET.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Fövqəladə Hallar Nazirliyinin tibbi xidmətinin həkimi Nigar Pənahova bildirib.

Onun sözlərinə görə, tibbi xidmətin tərkibində olan psixoloq qrupu zərərçəkmişlər görüşüb, onlara psixoloji xidmət göstərib:

“Ümumi olaraq 29 nəfər zərərçəkmiş var. 27 nəfər Mangistau regional xəstəxanasına yerləşdirilib. İki uşaq isə başqa xəstəxanaya aparılıb. Xəstələrdən üçünün vəziyyəti ağır qiymətləndirilir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*