Fidan Britaniyaya gedirbackend

Fidan Britaniyaya gedir

Türkiyə xarici işlər naziri Hakan Fidan Böyük Britaniyaya səfər edəcək.

KONKRET.az “Haber Global”a istinadən xəbər verir ki, nazir oktyabrın 30-da yola düşəcək.

XİN rəhbəri səfər çərçivəsində britaniyalı Devid Lammi ilə görüşəcək.

Görüşdə enerji və nəqliyyat sahələri də daxil olmaqla yeni əməkdaşlıq mövzuları, həmçinin iki müttəfiq ölkənin müdafiə sənayesi sahəsində ata biləcəyi addımlardan bəhs olunacaq.

Təmas çərçivəsində İsrailin Yaxın Şərqdəki fəaliyyəti də müzakirə ediləcək.

Məlik,
KONKRET.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*