Fidandan SENSASİON AÇIQLAMA: ABŞ-İran müharibəsi bu tarixdə BİTƏCƏKbackend

Fidandan SENSASİON AÇIQLAMA: ABŞ-İran müharibəsi bu tarixdə BİTƏCƏK

Türkiyənin xarici işlər naziri Hakan Fidan Fars körfəzi regionunda davam edən genişmiqyaslı müharibənin gedişatı və mümkün sonu ilə bağlı mühüm bəyanatlar verib. Nazir bölgədəki hərbi gərginliyin nə vaxt yekunlaşacağına dair konkret vaxt intervalı göstərib.

KONKRET.az xəbər verir ki, Hakan Fidan regiondakı müharibənin daha 2-3 həftə davam edə biləcəyini, lakin münaqişənin dayandırılmasında əsas həlledici amilin ABŞ-ın mövqeyi olacağını vurğulayıb. Onun sözlərinə görə, İsrail Vaşinqtona təzyiq göstərərək atəşkəs razılaşmasının əldə olunmasına mane olmağa çalışır ki, bu da münaqişəni daha da uzada bilər. Fidan həmçinin ABŞ və İsrailin mövqeləri arasında müəyyən fikir ayrılıqlarının yarandığını da diqqətə çatdırıb.

Türkiyənin baş diplomatı qeyd edib ki, döyüşlərin davam etdiyi bir şəraitdə real danışıqların aparılma ehtimalı olduqca aşağıdır: “Problem müharibəni dayandırmaq üçün planların olmaması deyil. Problem ondadır ki, İsrail sülh istəmir”.

Fidanın fikrincə, İsrail İrana daha böyük zərər vurmaq üçün münaqişəni qəsdən uzatmağa meyllidir və bu strategiyaya ABŞ-ın verəcəyi reaksiya həlledici rol oynayacaq. Nazir sonda əlavə edib ki, Türkiyənin təklif etdiyi həll yolları regionda sabitliyin bərpasına yönəlsə də, bəzi güclərin sabitlikdən daha çox öz dominantlığını və maraqlarını üstün tutması real dialoqun qarşısını alır.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*