Filip Riker Bakıdan İrəvana getdibackend

Filip Riker Bakıdan İrəvana getdi

ABŞ Dövlət katibinin Avropa və Avrasiya işləri üzrə köməkçisi vəzifələrini icra edən Filip Riker Ermənistanda səfərdədir.

KONKRET.az xəbər verir ki, bu barədə ABŞ-ın Ermənistandakı səfirliyi məlumat yayıb.

Rikerin Ermənistan hökumət nümayəndələri, vətəndaş cəmiyyəti və biznesmenlərlə görüşü planlaşdırılır. Onun Qarabağla bağlı müzakirə aparacağı da bildirilib.

Qeyd edək ki, Filip Riker bundan öncə Tiflis və Bakıda səfərdə olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*