Filippin sahillərində 6,4 bal gücündə zəlzələ baş verib.
KONKRET.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Yerin 173 km dərinliyində baş verən zəlzələnin episentri Batanqas şəhərindən 31 km qərbdə olub.
Tələfat və dağıntılarla bağlı məlumat verilməyib.