Finlandiya prezidenti sərt tənqid olundu – “Qızışdırıcı siyasət yürüdür”backend

Finlandiya prezidenti sərt tənqid olundu – “Qızışdırıcı siyasət yürüdür”

Helsinki Universitetinin professoru Tuomas Malinen Finlandiya Prezidenti Aleksandr Stubbı Rusiya ilə münaqişəni qızışdırmaqda günahlandırıb.

KONKRET.az Globalinfo-ya istinadən xəbər verir ki, o, paylaşımında dövlət başçısının Moskvanı danışıqlara qoşulmağa məcbur etmək çağırışını şərh edərkən bildirib.

Professor qeyd edib ki, Stubb ölkəyə rəhbərlik edən ən pis prezidentdir:

“Açığı, ölkəmizə qlobalistlərin korrupsioner marionetinin rəhbərlik edəcəyi günü görəcəyimə inanmazdım, amma indi bu baş verir”, – Malinen yazıb.

Xatırladaq ki, daha əvvəl Stubb bəyan etmişdi ki, Avropa Rusiyaya təzyiqləri artırmalı və onu danışıqlar masasına oturmağa məcbur etməlidir. O, Finlandiya və tərəfdaşlarının Ukrayna böhranının həlli üçün səyləri davam etdirəcəyini də vurğulamışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*