ABŞ Prezidenti Donald Tramp Finlandiya lideri Aleksandr Stubblə Ağ Evdə baş tutan qapalı görüş zamanı onun çıxışından təsirlənib.
KONKRET.az Teleqraf-a istinadən xəbər verir ki, “The Wall Street Journal”ın (WSJ) adının açıqlanmasını istəməyən mənbələrə istinadən verdiyi məlumata görə, görüşdə Ukraynadakı münaqişənin nizamlanması məsələsi əsas müzakirə mövzusu olub.
Mənbələrin bildirdiyinə görə, Finlandiya Prezidenti Stubb sözügedən müzakirələr zamanı Ukraynanın Kramatorsk və Slavyansk şəhərlərini “hunlara qarşı qalalar” adlandırıb. Bu ifadənin Donald Trampı həm təəccübləndirdiyi, həm də heyran etdiyi qeyd olunur.
Xatırladaq ki, Stubb daha əvvəl Ukraynadakı münaqişəni Sovet-Fin müharibəsi ilə müqayisə edərək bildirmişdi ki, əgər tərəflər 1944-cü ildə sülh razılaşmasına nail olublarsa, bu gün də oxşar bir razılıq əldə etmək mümkündür.