Finlandiya və Almaniyan arasındakı  telekommunikasiya kabelində qəza baş verdibackend

Finlandiya və Almaniyan arasındakı  telekommunikasiya kabelində qəza baş verdi

Finlandiya və Almaniyanı birləşdirən dənizaltı telekommunikasiya kabelində yaranan nasazlıq səbəbindən rabitə xidmətləri kəsilib.

KONKRET.az CNN-ə istinadən xəbər verir ki, Helsinkini Almaniyanın Rostok şəhəri ilə birləşdirən “C-Lion1” kabeli Finlandiya şirkəti “Cinia” tərəfindən çəkilib və idarə olunur. Təxminən 1200 kilometr  məsafəni əhatə edən kabel Finlandiya ilə Mərkəzi Avropa arasında yeganə birbaşa əlaqədir. Bu xətt qaz boru kəmərləri və elektrik kabelləri də daxil olmaqla, digər əsas infrastruktur hissələri ilə yanaşı keçir. Xətaya nəyin səbəb olduğu hələlik bilinmir. Şirkətdən məsələni hələ də araşdırıldığı bildirilir. Hələ sentyabr ayında ABŞ tərəfi xəbərdarlqı etmişdi ki,  əllərində Rusiyanın təxribat planı ilə bağlı faktlar var. Xəbərdarlıq İsveç, Danimarka, Norveç və Finlandiyanın ictimai yayımçılarının hamısına çatdırılmışdı.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*