“Fırıldaqçı “imam”lardan biri başqasının arvadını özü ilə saxlayırdı” – Dini komitənin sabiq sədribackend

“Fırıldaqçı "imam"lardan biri başqasının arvadını özü ilə saxlayırdı” - Dini komitənin sabiq sədri

“Bir vaxtlar fırıldaqçı “imam”lardan biri başqasının arvadını özü ilə saxlayırdı. Yəni bir qrup şəxs düşünür ki, imam nə istəsə, vermək olar. Təbii ki, belə dələduzlara inananların mənəvi boşluğu var. Azərbaycanda din xadimləri, alimlər imamlar və ümumən şiəliklə bağlı bir sıra məsələlərə aydınlıq gətirməyə çəkinirlər. Çətin məsələdir. Nə varsa, odur. Kimsə əlavə nəsə desə, ciddi qərəzli vəziyyət yarana bilər”.

KONKRET.az xəbər verir ki, bunu Pravda.az-a açıqlamasında  Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Rafiq Əliyev deyib.

R.Əliyev bildirib ki, əhali arasında 12-ci imamın gəlişi və vaxtilə niyə qeybə çəkilməsi barədə məlumatlandırma işi aparılmalıdır: “12-ci imam özündən əvvəl 11 imamın öldürüldüyünə görə qeybə çəkilib. Yəni imam Mehdinin də öldürülə bilmə ehtimalına görə qısa vaxt ərzində o, qeybə çəkilib. Qeyd olunur ki, 12-ci imam zühur etdiyi zaman dünyada ədaləti bərpa edəcək. İndi meydana gələn imamlar isə, əlbəttə ki, yalançı və fırıldaqçılardır. Təəssüf ki, belələrinə inananlar da az deyil. Bəzi hallarda insanlar öz mülklərini, pullarını yalançı imamlara verirlər. Bu, həmçinin xristianlıqda olan İsa Məsihin zühuru illuziyası ilə oxşardır. Xristianlar da inanırlar ki, İsa peyğəmbər zühur edəcək, ədalət bərpa olunacaq. Yeri gəlmişkən, bir dəfə gəlib-getsə də, heç nəyi düzəldə bilmədi. Əslində, bunlar hamısı illuziyadır. Sadəcə, ümid yeri qoyurlar ki, sən bir az döz, vaxt gələcək hər şey yaxşı olacaq. Bu, həm də insanları itaətdə saxlamağın asan yoludur. Yəni öyrədilir ki, gedib heç kimə şikayət etmə. Biz vaxtilə Sovet ideologiyasını tənqid edirdik. İndi isə ideologiyasız dünyaya çevrilmişik. Amma nəzərə almaq lazımdır ki, ideologiyasız dünyada belə dələduz əməllərlə tez-tez rastlaşa bilərik. İllüziya olsa da, camaat inanırdı ki, hər şey yaxşı olacaq. İndi hər kəs ümidsizdir”.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*