Fırıldaqçılar Rusiya diplomatının 30 milyon pulunu oğurladılar – DETALLARbackend

Fırıldaqçılar Rusiya diplomatının 30 milyon pulunu oğurladılar - DETALLAR

Fırıldaqçılar Rusiyanın Maltadakı keçmiş səfiri Vladimir Malıginin 30 milyon rubla yaxın pulunu ələ keçiriblər.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, rusiyalı diplomata martın 13-də “cari bank nəzarəti xidmətinin meneceri” zəng edib. O, Malıgindən ona bank hesabları barədə ətraflı məlumat verməsini və xüsusi proqram quraşdırmasını xahiş edib. Ertəsi gün keçmiş səfirə bank hesabından pul çıxarıb, “təhlükəsiz hesaba” köçürməsi təklif olunub. Diplomat tələbi yerinə yetirib. Sonra fırıldaqçılar diplomatdan SİM-kartını həyat yoldaşının telefonuna taxmasını istəyiblər. Bu əməliyyat nəticəsində Malyginin həyat yoldaşının hesabından da pul silinib.

Soyğunçuluq prosesi Malıgindən nağd pul alınması ilə davam edib. Bu zaman diplomat 165 min dollar və 25 min avro olmaqla ümumilikdə 17 milyon rubldan çox pulu fırıldaqçılara təhvil verib.

Diplomatın hesablarından son debetlər martın 19-da baş verib, dörd milyon rubl hesabdan yoxa çıxıb. Bütün proses boyu 30 milyon rubla yaxın pul itirəndən sonra  73 yaşlı Malıgin polisə müraciət edib.

Xatirə SADİQ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*