Fitso İrəvana gəlirbackend

Fitso İrəvana gəlir

Slovakiyanın Baş naziri Robert Fitso Ermənistana səfər edəcək.

KONKRET.az axar.az-a istinadla xəbər verir ki, məlumatı Ermənistan mediası yazıb.

Bildirilib ki, baş nazir “İrəvan dialoqu” adlı beynəlxalq konfransda iştirak edəcək.

Məsələ ilə bağlı Ermənistan hökuməti tərəfindən rəsmi məlumatın yayılmadığı bildirilib.

Qeyd edək ki, konfransda iştirak etmək üçün Fransanın və Macarıstanın xarici işlər nazirləri də Ermənistana səfər edəcəklər. Sözügedən konfrans mayın 26-27-də İrəvanda olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*