Fizika-riyaziyyat təmayüllü liseyə qəbul qaydaları yeniləndibackend

Fizika-riyaziyyat təmayüllü liseyə qəbul qaydaları yeniləndi

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) nəzdində Fizika-riyaziyyat təmayüllü liseyə qəbul qaydaları yenilənərək təkmilləşdirilib. 

KONKRET.az xəbər verir ki, yeni qaydalara əsasən, 2023-2024-cü tədris ili üçün hazırda ümumtəhsil məktəbləri, lisey və gimnaziyalarda təhsil alan 6,7,8,9-cu sinif şagirdləri iştirak edə bilərlər.

Qəbul imtahanı 7 və 8-ci siniflər üçün tədris dili və riyaziyyat fənnləri üzrə, 9 və 10-cu siniflər üçün isə  tədris dili, riyaziyyat və fizika fənlərindən keçirilir.

Liseyə qəbul imtahanı  aşağıdakı fənlər üzrə test üsulu ilə aparılır:

1)7-ci sinfə qəbul:
– Tədris dili (Azərbaycan dili və ya rus dili) – 20 sual;
– Riyaziyyat – 30 sual.

2)8-ci sinfə qəbul:
– Tədris dili (Azərbaycan dili və ya rus dili) – 25 sual;
– Riyaziyyat – 35 sual.

3)9-cu sinfə qəbul:
– Tədris dili (Azərbaycan dili və ya rus dili) – 20 sual;
– Riyaziyyat– 20 sual;
– Fizika – 20 sual.

4)10-cu sinfə qəbul:
– Tədris dili (Azərbaycan dili və ya rus dili) – 20 sual;
– Riyaziyyat – 20 sual;
– Fizika – 20 sual.

Qeyd edək ki, sənəd qəbulu mayın 15-dən iyunun 10-a kimi aparılacaq. Liseydə təhsil ödənişlidir və illik təhsil haqqı 1500 manat təşkil edir.

İmtanada iştirak edəcək şagirdlər buraxılış vərəqi üçün iyun ayının 3-dən 7-ə kimi liseyə yaxınlaşmalıdırlar.

Lazım olan sənədlər: 

– 2 ədəd 3×4 şəkil;
– şəxsiyyət vəsiqəsinin surəti.

Qəbul imtahanının keçiriləcəyi yer haqqında əvvəlcədən məlumat veriləcək.

Ətraflı məlumat üçün aşağıdakı əlaqə vasitələrilə əlaqə saxlaya bilərsiniz.  //”Unikal”

Tel:  (012) 539 54 48
(055) 551 51 63

E-Mail: [email protected]

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*