Fiziki qüsurlarına görə məktəblərə gedə bilməyənlər üçün təhsil sistemi necə işləyir?backend

Fiziki qüsurlarına görə məktəblərə gedə bilməyənlər üçün təhsil sistemi necə işləyir? - VİDEO

Belə bir sualla Xaçmaz Rayon Təhsil Şöbəsinə müraciət etdik. KONKRET.az-a açıqlamasında Xaçmaz Rayon Təhsil Şöbəsinin müdiri Mədinə Nurməmmədova bildirdi ki, fiziki qüsurlu şagirdlərin tədris proqramından geri qalmaması üçün lazım olan bütün tədbirlər həyata keçirilir. Bu şagirdlər bütün tədris vəsaitləri ilə təmin edilib. Müvafiq olaraq yaşadıqları əraziyə yaxın olan təhsil müəssisələrimizdə belə şagirdlərin tədrisi üçün müəllimlər cəlb edilib. Onlar şagirdlərin yaşadıqları ünvanlarda tədris proqramlarını icra edirlər”.

Qeyd edək ki, rayonda 104 şagird fiziki qusurlu olduğu üçün məktəblərə gedə bilmir. Ona görə də həmin şagirdlər fərdi təhsilə cəlb edilib. Bu təhsil prosesinə isə 200-ə yaxın müəllim cəlb edilib. Qeyd edək ki, rayonda fərdi təhsilə cəlb edilən şagirdlərin sayı ötən illərə nisbətən artıb. Ötən il 90 şagird fərdi təhsilə cəlb edilmişdisə, cari ildə bu rəqəm 104 nəfər təşkil edib.

Cəlal FƏRZƏLİYEV

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*