“Folha” (Braziliya): Türkiyə Qafqaza müvəqqəti gəlmədiyini açıq şəkildə bildirir – ŞƏRHbackend

“Folha” (Braziliya): Türkiyə Qafqaza müvəqqəti gəlmədiyini açıq şəkildə bildirir - ŞƏRH

28 ildə ilk dəfə olaraq Azərbaycan Ordusu Laçın üzərində nəzarəti bərpa etdi. Qarabağ ətrafındakı yeddi bölgədən sonuncusu…

Qafqazın iki dövləti tərəfindən imzalanan müqavilənin birinci mərhələsinin şərtləri yerinə yetirildi. Beləcə geri qaytarma prosesi Rusiyanın zəmanəti  ilə bağlanan razılaşma şərtləri altında 1 dekabr, çərşənbə axşamı günü tamamlandı.

Bununla belə bölgədəki humanitar böhran davam edir. Ailələr bölgənin köhnə -yeni “ağaları” evlərini tərk edir və yandırır.

İrəvanda isə minlərlə insan neçə gündür ki, küçələrə çıxaraq Baş nazir Nikol Paşinyan hökumətinə etiraz edir. Etirazçılar həm Paşinyanın istefasını, həm də döyüşməyə gedən könüllülər haqqında məlumat tələb edirlər.

Dağlıq Qarabağdan olan hüquqşünas Artak Beqlaryanın sözlərinə görə, Bakı artıq müqavilənin şərtlərinə uyğun olaraq 400-ə yaxın əsgəri geri qaytarıb. “Əsirlikdə təxminən 50 və ya 60 erməni qalıb”.

İşğaldan azad edilmə prosesi Azərbaycanda sevinc və şadyanalıqla qarşılanır. İki keçmiş sovet respublikası arasındakı etnik gərginliyin nəticəsi olaraq, Azərbaycan 1992-1994 müharibəsi zamanı işğal olunmuş yeddi bölgənin hamısını geri qaytardı. İlk iki rayon – Ağdam və Kəlbəcər noyabr ayında geri qaytarıldı. Laçınsa dekabrın 1-də.

İndi Ermənistanı Dağlıq Qarabağın mərkəzi şəhəri Stepanakertlə (Xankəndi-red) birləşdirən yeganə dəhliz qalır. Uzunluğu 60 kilometr olan dəhliz beş il rus əsgəri tərəfindən mühafizə olunacaq. Müddət sonradan uzadıla da bilər.

Bu il müharibə 27 sentyabrda başladı və 10 noyabrda sona çatdı. Müharibənin gedişində Azərbaycan 4 bölgəni və Dağlıq Qarabağ ərazisinin təxminən 30 faizini silahlı yollarla ələ keçirdi. Bakı bölgədə hər iki tərəf üçün çox önəmli olan Şuşa şəhərini də işğaldan azad etdi.

Bu səbəbdən İrəvanın müxalifət dairələrində Paşinyan xain sayılır. Paşinyan və  Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə axşamı dedi ki, hazırda prioritet əsir və cəsədlərin mübadiləsinə son qoymaqdır.

Rusların hesablamalarına görə, münaqişə zamanı təxminən dörd-beş min adam ölüb. Azərbaycan hərbi itkiləri haqqında məlumat yaymadı. Ancaq Ermənistan 2300 əsgər itkisini elan etdi. Hər tərəfdən yüzə yaxın mülki şəxs öldürüldü.

Müharibə qurtardı. Ancaq humanitar böhran qalır. Belə ki, münaqişənin birinci mərhələsində,1990-cı illərin əvvəllərində 800 mindən artıq azərbaycanlı bölgədən qovuldu. İndi həmin insanları öz evlərinə dönməsi məsələsi gündəmdə qalır. 25 ildən artıq Ermənistanın nəzarətində olan ərazilərdə məskunlaşdırılmış, ancaq son 2 ayda didərgin düşmüş ermənilərin də taleyi qeyri-müəyyəndir.

Noyabr ayında Kəlbəcəri və Laçını tərk edən ermənilər evləri və sosial obyektləri yandırdılar. Bəzi ailələr ölən qohumlarının nəşini belə çıxarıb apardılar.

Ancaq Qarabağda ermənilər qalmaq istəyir. Yeni rəhbərliyə uyğunlaşacaqlarını söyləyirlər. Rusiya sülhməramlı qüvvələrinin komandanlığı İbildirib ki, münaqişə zamanı Dağlıq Qarabağın 140.000 sakindən 90 000-ı evlərini tərk edib. Onlardan 26 mini artıq geri dönüb.

Bununla belə, yəqin ki, gərginlik uzun müddət davam edəcək. Çünki sülh sazişində Dağlıq Qarabağın statusu nəzərdə tutulmayıb.

Vladimir Putinin Rusiyası kövrək münaqişənin həll prosesinə rəhbərlik edən əsas faktordursa, Rəcəb Tayyib Ərdoğanın Türkiyəsi güclü bir pay sahibidir.

Ona görə də Moskva ölkəsinin cənub sərhədində Türkiyənin artan təsirindən narahat olmalıdır.  Suriya və Liviyadakı vətəndaş müharibələrində bu ölkələr bir-biri ilə artıq toqquşdular. İndi isə Qafqazda əldə olunan sülhdə müttəfiqdirlər. Türkiyə isə Qafqaza müvəqqəti gəlmədiyini açıq şəkildə bildirir.

“Folha” Braziliya, 2 dekabr 2020

TƏRCÜMƏ: KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*