Cənubi Qafqaz ölkələri arasında ən çox dövlət borcu Ermənistanın üzərinə düşür.
KONKRET.az xəbər verir ki, məlumat “Forbes”in araşdırmasında yer alıb.
Qeyd olunub ki, hazırda ölkənin dövlət borcu ÜDM-in 50,5%-ni təşkil edir.
Gürcüstanın dövlət borcu isə 2023-cü ilin sonunda ÜDM-in 39,2%-ni təşkil edib.
Sonrakı yerdə ÜDM-in 28,9%-i ilə Türkiyə gəlir. Rusiyanın dövlət borcu ÜDM-in 19,7%-ni, Azərbaycanın isə ÜDM-in 18,4%-ni təşkil edir.
Burhan,
KONKRET.az