Forbes dünyanın ən çox qazanan futbolçularının siyahısını hazırladıbackend

Forbes dünyanın ən çox qazanan futbolçularının siyahısını hazırladı

Forbes jurnalı dünyanın ən çox qazanan futbolçularının illik sıralamasını hazırlayıb.

KONKRET.az xəbər verir ki, nəşrə görə, dünyanın ilk on oyunçusunun, yay mövsümündə Avropa liqasında maaşların 30-70% azalmasına səbəb olan pandemiya səbəbiylə qarşılaşmalardakı fasilələr istisna olmaqla, qarşıdakı mövsümdə 570 milyon dollar maaş, bonus və mükafat alacağı gözlənilir.

Beləliklə Lionel Messi bu il reytinqə başçılıq edib. Ümumi gəliri 126 milyon dollar, maaşı 92 milyon dollar olub.

İkinci yeri Kristiano Ronaldo tutub:  ümumi gəliri 117 milyon, maaş 70 milyon dollar.

Üçüncü yerdə Fransanın “Paris Ser-Jermen”  klubundan Neymar gəlir. Ümumi gəlir 96 milyon dollar, əmək haqqı 78 milyon dollardır.

Dördüncü yerdə Kilian Mbappedir (Paris Ser-Jermen). Ümumi gəliri 42 milyon dollar, maaşı 28 milyon dollar təşkil edir.

Beşinci yerdə “Liverpul”lu Mohamed Salah qərarlaşıb. Ümumi gəliri 37 milyon dollar, əmək haqqı 24 milyon dollardır.

Babək Göyüş                       

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*