“Formula 1”: Ferstappen yarımçıq qalmış Belçika Qran prisinin qalibi elan edilibbackend

"Formula 1": Ferstappen yarımçıq qalmış Belçika Qran prisinin qalibi elan edilib

“Formula 1” üzrə dünya çempionatında Belçika Qran-prisinin 12-ci mərhələsi güclü yağış səbəbindən ləğv edilib.

KONKRET.az xəbər verir ki, yarış Belçikanın “Spa-Francorchamps” avtodromunda baş tutub.

Yarış Bakı vaxtı ilə saat 16:00-ya planlaşdırılmışdı, amma yağışa görə təxirə salınıb. Sonra iştirakçılar ikinci dəfə yarışa başlamağa cəhd etdilər, pilotlar təhlükəsizlik maşınının arxasında bir neçə dairə keçiblər, amma hava şəraiti yarışı davam etdirməyə imkan verməyib.

Bununla da təsnifatın ən yaxşısı olan Niderland “Red Bull”unun pilotu Maks Ferstappen qalib elan edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*