“Formula-1” üzrə Azərbaycan Qran-prisi ilə əlaqədar Şəmsi Bədəlbəyli küçəsi – Akademik Milli Dram Teatrının yaxınlığından Heydər Əliyev Sarayının qarşısı – Bülbül prospektinə qədər məsafədə avtobus zolağı müvəqqəti olaraq ləğv edilib.
KONKRET.az bu barədə Baku TV-nin “Necə olmalıdır?” rubrikasında məlumat verilib.
Qeyd edilib ki, kəsişmədən sonra zolaq əvvəlki qaydada qüvvədədir. Sürücülər nizamlayıcının göstərişi olmadan zolağa daxil olmamalıdırlar.
“Bənzər dəyişiklik metronun “28 May” stansiyasının yaxınlığı – Azadlıq prospektində də müşahidə edilir. Rəşid Behbudov küçəsində isə zolaqlar əvvəlki kimi qüvvədədir”, – deyə əlavə edilib.
O da vurğulanıb ki, 28 May küçəsində parklanma yerləri sentyabrın 23-dək müvəqqəti olaraq ləğv edilib.
Ətraflı süjetdə: