“Formula”ya görə dərslərin başlama tarixi dəyişir? – Rəsmibackend

“Formula”ya görə dərslərin başlama tarixi dəyişir? - Rəsmi

2025/2026-cı tədris ilinin başlamasına təsadüf edən Formula-1 üzrə Azərbaycan Qran-prisi ilə əlaqədar tədris prosesinin başlama tarixinin dəyişdirilməsinə dair yayılmış məlumat həqiqəti əks etdirmir.

KONKRET.az xəbər verir ki, bu barədə teleqraf-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bütün təhsil müəssisələrində tədris sentyabrın 15-də başlayacaq.

Qeyd edilib ki, yarışların keçiriləcəyi ərazilərdə yerləşən təhsil müəssisələri ilə bağlı Formula-1 Azərbaycan Qran-prisi dövründə müəyyən məhdudiyyətlərin tətbiqinə dair qərar veriləcəyi təqdirdə ictimaiyyətə məlumat veriləcək.

“Aidiyyəti məsələlərlə bağlı yalnız rəsmi mənbələrə istinad edilməsi xahiş olunur”, – məlumatda vurğulanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*