Fotoqraf və dostları ağır qəzada öldülər – FOTObackend

Fotoqraf və dostları ağır qəzada öldülər - FOTO

Ötən gecə Göyçay rayonunda ağır yol qəzası baş verib.

KONKRET.az xəbər verir ki, rayonun Müskürlü kəndi ərazisində “Kia” markalı avtomobil idarəetmədən çıxaraq su kanalına aşıb.

Nəticədə avtomobilin sürücüsü, 1990-cı il təvəllüdlü Xəqani Bağırov və iki sərnişini – 1991-ci il təvəllüdlü Asif Gülməmmədovla Elçin Əsgərov hadisə yerində ölüblər.

Daha bir sərnişin isə ağır xəsarət alıb.

Bildirilir ki, qəzaya düşən “Kia Sportage” markalı avtomobil “Rent a car”a məxsus olub və icarə əsasında Xəqani Bağırov tərəfindən idarə edilirmiş.

X.Bağırov Göyçayda tanınmış fotoqraf olub. Hadisənin onun dostları ilə birgə toydan çıxıb evə gedərkən baş verdiyi bildirilir.

DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı cinayət işi başlanıb.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*