“Fövqəldövlətlər erməni diasporunun əli ilə Qafqazda aqressiv siyasət yürüdürlər”backend

"Fövqəldövlətlər erməni diasporunun əli ilə Qafqazda aqressiv siyasət yürüdürlər"

“İndi ABŞ və Fransanın sülhün imzalanmasına mane olmaq cəhdləri göz qabağındadır. Bu güclərin gizli zərbə qüvvəsinin daşnakların olduğu aydın olur”.

KONKRET.az xəbər verir ki, bu barədə erməni aktivist İşxan Verdyan bildirib. O daha sonra deyib:

“Bu barədə uzun və yorucu danışmışam. Supergüclər, fövqəldövlətlər erməni diasporundan istifadə edərək Qafqazda aqressiv siyasət yürüdürlər.

Ümid edirəm ki, hər kəs erməni diasporunun qüdrətliliyinin haradan gəldiyini anlayar! Diaspor ABŞ və Fransa tərəfindən maliyyələşdirildiyi üçün tükənməz resurslara malikdir!

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*