Frankonun son heykəli də götürüldü – FOTObackend

Frankonun son heykəli də götürüldü - FOTO

İspaniyanı təxminən 40 il diktatorluqla idarə edən Fransisko Frankonun son heykəli götürülərək, anbara qoyulub.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, hələ 2007-ci ildə çıxarılan Tarixi Yaddaş Qanunu çərçivəsində Frankonun bütün heykəlləri və yerlərə verilən adları götürülməli idi.

Bu istiqamətdə son addım İspaniyanın Afrikadakı muxtar ərazisi olan Melillada atılıb.

1978-ci ildə Frankonun ölümündən üç il sonra şəhərdə ucaldılan heykəl götürülüb.

qafqazinfo

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*