Fransa böhran və inqilab ASTANASINDA – VİDEObackend

Fransa böhran və inqilab ASTANASINDA - VİDEO

Fransada neftçilərin etirazı yanacaqdoldurma məntəqələrində biabırçı mənzərə yaradıb.

KONKRET.az bu haqda daha əvvəl də məlumat yaydığı üçün o mövzuya qayıtmır.

Yeni xəbər ondan ibarətdir ki, Paris sakinləri enerjiyə qənaət üçün divara dırmaşaraq çöl işıqlandırmalarını söndürürlər.

Bu da görüntüləri:

Əlavə edək ki, fransızların qəflət oyanışının səbəbi Makrona ikinci dəfə şans verməkləridir. Yaxud da Fransanı ağuşuna alan erməni lobbisinin seçkilərdə onun qələbəsinə nail olmasıdır. Düzü, seçkilərdə Makron yox, Marin Len Pen də qalib gəlsəydi, eyni, bəlkə daha acınacaqlı situasiya olacaqdı. Çünki adıçəkilən sarı qadın da ermənipərəst siyasət aparır, hətta Qarabağın dağlıq hissəsinin Ermənistana birləşdirilməli olduğunu deyir.

Son seçkilərdəki digər namizəd Valeri Pekressin də Qarabağda icazəsiz səfəri, separatçılarla görüşünü də xatırlayırsınız. Əlqərəz, Fransa lideri olmaq istəyən hər bir fransız ermənipərəst mövqe sərgiləyir. Çünki seçilməyin başqa yolunu bilmirlər. Bu isə o deməkdir ki, Fransanı ermənilər idarə edir. O boyda orta əsr tarixi olan Fransa Orleanlı bakirə (Janna Dark) qədər vətənini sevən xanım namizədsiz, Napoleon Bonapart kimi fransızları ermənilərdən üstün tutan lidersiz qalıb. Vəziyyət o qədər acınacaqlıdır ki, Eyfel qülləsinin adı sabah Eyfelyan olsa, təəccüblənmərəm.

Anar Rəhimov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*