“Fransa Göyçə dağlarından Zəngəzur dəhlizinə qədər kəşfiyyatçı yerləşdirib”backend

“Fransa Göyçə dağlarından Zəngəzur dəhlizinə qədər kəşfiyyatçı yerləşdirib”

Uzun müddət ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri olan Fransa Ermənistan-Azərbaycan münaqişəsinin həllində vasitəçilik missiyasını həyata keçirən 3 ölkədən biri idi. Otuz ilə yaxın vasitəçilik dövründə Ermənistanın yanında dayananlar işğalı qanuniləşdirməyə çalışıb. Amma Azərbaycanın işğal altındakı əraziləri erməni silahlı birləşmələrindən təmizləməsi  vasitəçilərin planına uyğun deyildi. Ermənistan ordusunun darmadağın edilməsi və yeni geosiyasi vəziyyətin yaranmasını həzm edə bilməyən Fransa müharibədən dərhal sonra Azərbaycana qarşı çirkin kampaniyaya başladı.

Məsələni KONKRET. az-a şərh edən millət vəkili Zahid Oruc bildirib ki, Fransa-Azərbaycan münasibətləri müxtəlif inkişaf mərhələlərindən keçib: “Nikola Sarkozi və Fransua Oland dövründə iki ölkə münasibətləri kifayət qədər irəliyə gedib, ticarət dövriyyəsi formalaşıb, Fransa şirkətləri Azərbaycanla neft müqavilələrində yer alıb. Jak Şirakın isə Ulu Öndər qarşısında balanslı siyasi xətti müşahidə olunurdu. Bununla bərabər hər halda siyasi hakimiyyət müəyyən qədər Azərbaycanla münasibətləri normal saxlamaqdaydı.

Amma son üç il Fransa siyasəti tamam açıq səhnəyə çıxıb. Hələ savaşdan bir neçə gün keçəndən sonra Fransa senatında Azərbaycan əleyhinə qərarlar çıxarıldı. Sonra Qarabağın müstəqilliyini tanıma aktını qəbul etdilər. Ardınca   bu qərar son anda prezidentin imzalamaması səbəbindən tanınmadı. Amma fərq etməz, bunlar Avropa arealını Azərbaycan əleyhinə təşkilantlandırmaqda davam edirlər. Nəzərə alın ki, Belçika, Niderland, Lüksemburq kimi ölkələr Fransanın çox güclü təsiri altındadır. O cümlədən Aİ-də sistemli mərkəzlər də Fransanın dediyi ilə oturub durur. Avropa Parlamentinin əliylə Azərbaycan əleyhinə 3 il ərzində müxtəlif qərarlar, qətnamələr qəbul edilib. Ən sonda Aİ-nin xəttilə bölgəyə yüzə qədər emissar, daha doğrusu kəşfiyyat, casus şəbəkəsini gətirib. Onları Göyçə dağlarından Zəngəzur dəhlizinə qədər yerləşdiriblər.

Bizim tərəfdən atılan hər bir atəşi aktlaşdırıb ATƏT-də, ardınca Aİ-də, AP-də qərara çevrimək üçün addımlar atmaqdadırlar. Biz də bilirik ki, hədəf BMT-də hər hansı bir qətnamə çıxarmağa nail olmaqla, yekunda NATO qüvvələrini bölgəyə gətirmək, Rusiya hərbçilərinin bazasını Gümrüdən çıxartmaqdır. Məqsədləri də ABŞ-dakı dinləmələrdə deyildiyi kimi, Xankəndidən sülhməramlı qüvvələr çıxmalı və regionu NATO-nun, o cümlədən Fransa və ABŞ-ın hərbi qüvvələrinin tabeçiliyinə verməkdir. Onların sülh prosesinə yanaşması bu cürdür. Artıq münasibətlər aşağı duruma düşüb. Bunun səbəbkarı biz olmamışıq. Axı bizim Fransayla bölüşəcək torpağımız yoxdur. Qlobal sistemdə də bizim onlarla maraqlarımız toqquşmur. Onun nüvə dövləti kimi başqa qitələrdə maraqları var.

Təssüflər olsun ki, 100 il əvvəkli ssenari sanki təkrar olunur. Amerikanın, Almaniyanın, Fransanın maraqları Cənubi Qafqaza daha güclü şəkildə gəlməyə başlayıb. Çünki onlar 3 əvvəlki müharibənin nəticələrini özlərinin mənafelərinə sığışdırmırlar. Sanki bölgədən onları çıxartmışıq və Rusiya-Türkiyə alyansı onların əvəzinə yaranıb. Ona görə də bizə təzyiqlər davam edir. YUNESKO-nu da humanitar silaha çevirərək ölkəmizin mənafeyinə zidd addımlar atmaqdadırlar. Bu gün Fransa-Azərbaycan münasibətlərinin durumu belədir”.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*