Fransanın Tehrandakı səfiri bazar günü Fransanın terrorçulara sığınacaq verməsinə etiraz olaraq İran Xarici İşlər Nazirliyinə çağırılıb.
KONKRET.az xəbər verir ki, bu barədə Tehranda mətbuat konfransında çıxış edən İsmayıl Bakai bildirib. Daha sonra o əlavə edib ki, terrorçuları dəstəkləməkdən imtina etmək məcburi beynəlxalq hüquqi öhdəlikdir. O bildirib ki, bununla bağlı ikili standartlar qanunsuzluğa yol açacaq. Fransanın son anti-İran mövqeləri və bəyanatları ilə bağlı suala Bakay belə cavab verib: “Ümid edirik ki, Fransa bu çaşqınlıqdan xilas olacaq və regiona qarşı konstruktiv mövqe tutacaq”. Bakai şənbə günü verdiyi bəyanatda Fransanın “Mücahidin-e-Xalq” terror təşkilatının toplantısına ev sahibliyi etmək qərarını pisləyib.
Vəli Həsənoğlu,
KONKRET.az