Fransa Nigerdəki səfirliyini bağlayacaq.
KONKRET.az xəbər verir ki, bu barədə AFP diplomatik mənbələrə istinadən məlumat yayıb.
“Mövcud vəziyyəti nəzərə alaraq, biz səfirliyimizi yaxın vaxtlarda bağlamaq qərarına gəldik” – deyən diplomatın sözlərinə görə, diplomatik missiya artıq işdən çıxarmalara və yerli işçilərə kompensasiyaların ödənilməsinə başlayıb.
Qeyd edək ki, Fransanın Nigerdəki səfiri Silvien İtte sentyabrın 27-də ölkənin paytaxtını tərk edib.