Fransa Silahlı Qüvvələrinin döyüş robotları ilə təchiz edilmiş ilk bölmələri 2030-cu ilə qədər fəaliyyətə başlayacaq.
KONKRET.az xəbər verir ki, bu barədə Fransa Ordusunun Baş Qərargah rəisi, general Pyer Şnil “BFM Business” telekanalının efirində bildirib.
Onun sözlərinə görə, bu plan 2020-ci ildə təsdiqlənib və 2025-ci ilə qədər genişmiqyaslı sınaqların keçirilməsi planlaşdırılır.
Buna baxmayaraq, artıq mayın 10-da Bendəki təlim bazasında müxtəlif robot vasitələrin tətbiqi ilə təlimlər keçirilib.
General qeyd edib ki, düşmən mövqelərini aşkar etmək üçün pilotsuz uçan aparatdan (PUA), eləcə də atıcı silahlara malik robotlardan istifadə edilib. Yaralıların döyüş meydanından çıxarılması üçün tırtıllı avtomatlaşdırılmış maşınlar da sınaqdan keçirilib.
İqbal Rzayev,
KONKRET.az