Fransa səfiri: “Ermənistana tədarük etdiyimiz silahlar sırf müdafiə xarakteri daşıyır”backend

Fransa səfiri: "Ermənistana tədarük etdiyimiz silahlar sırf müdafiə xarakteri daşıyır”

“İranla bir çox məsələlərdə fikir ayrılığımız var. Əslində, BMT-yə üzv olan bütün dövlətlər bu məsələdə razılığa gəlməlidirlər, çünki BMT Nizamnaməsinə görə, BMT-nin bütün üzv dövlətləri digər üzv dövlətlərin ərazi bütövlüyünü və suverenliyini tanımalı və dəstəkləməlidirlər. Bu, ortaq öhdəlikdir”.

KONKRET.az xəbər verir ki, bu sözləri Fransanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Olivye Dekotini bildirib.

“Azərbaycanın narahatlığına gəlincə, onlar əmin ola bilərlər ki, bizim Ermənistana tədarük etdiyimiz silahlar, texnika növləri ölkənin müdafiəsinə yönəlib, onlar sırf müdafiə xarakteri daşıyır”, – Dekotini bildirib.

Onun sözlərinə görə, söhbət Ermənistanın suverenliyini, ərazisini və xalqını qorumaqdan gedir. “Və əvvəldən bəlli idi ki, bizim təchiz etdiyimiz hər şey – silahlar, avadanlıqlar, təlimlər məhz bu məqsədə uyğundur”, – deyə səfir fikrini yekunlaşdırıb.

​Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*