Fransa səfiri Ermənistanda inək sağdı – Sosial şəbəkədə paylaşdıbackend

Fransa səfiri Ermənistanda inək sağdı – Sosial şəbəkədə paylaşdı

Fransanın Ermənistandakı səfiri Olivye Dekotini yerli sakinlərlə kənd təsərrüfatı fəaliyyəti çərçivəsində iştirak edib.

KONKRET.az xəbər verir ki, səfir X sosial platformasında etdiyi paylaşımda bildirib:

“Xanım Qalstyan və onun ‘Sona’ adlı inəyi ilə tanış oldum. Bu inək Fransanın Miqrasiya və İnteqrasiya İdarəsinin (OFII) dəstəyi ilə onun vətənə qayıdışına yardım proqramı çərçivəsində alınıb”.

Paylaşım inəyin sağılmasını əks etdirən video ilə müşayiət olunub.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*