Fransa səfirinin Qarabağ çıxışı Ermənistanı qarışdırdıbackend

Fransa səfirinin Qarabağ çıxışı Ermənistanı qarışdırdı

Fransanın Ermənistandakı səfiri Olivye Dekotininin Qarabağla bağlı sözləri ölkədə rezonans doğurub, müxtəlif ekspert və şərhçilər tərəfindən etirazla qarşılanıb. Səfir Ermənistanın hələ 1991-ci ildə Alma-Ata bəyannaməsinə imza atmaqla Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdığını bildirib. Dekotini ərazinin Sovet Azərbaycanına məxsus olduğunu qeyd edib.

KONKRET.az Globalinfo.az-a istinadla xəbər verir ki, “Ana Ermənistan” hərəkatının lideri Andranik Tevanyan səfirin paylaşımının həqiqəti əks etdirmədiyini deyib.

Tevanyan Dekotinin 30 il əvvəlki siyasi proseslərdən xəbərsiz olduğunu söyləyib:

“Səfirin ya Alma-Atadan əvvəlki və sonrakı proseslərdən xəbəri yoxdur, ya da özünü elə göstərir. Əgər Qarabağ o bəyannamə ilə 1991-ci ildə Azərbaycanın tərkib hissəsi kimi tanınıbsa, o zaman 44 günlük müharibədən əvvəl ATƏT-in Minsk qrupunun həmsədrləri 30 il nə ilə bağlı danışıqlar aparırdılar? Həqiqət budur ki, Baş nazir Nikol Paşinyan Qarabağı 2022-ci ildə Fransa Prezidenti Emmanuel Makron və Avropa Şurasının keçmiş prezidenti Şarl Mişelin vasitəçiliyi ilə ABŞ-ın o zamankı rəhbəri Co Baydenin himayəsində Azərbaycanın tərkib hissəsi kimi rəsmən tanıdı. Xarici qüvvələr sadəcə Rusiya sülhməramlılarının nə yolla olursa-olsun Qarabağdan çıxmasına çalışırdılar. Ermənilərin başına nələr gələcəyi isə heç kimə maraqlı deyildi.

Makron ermənilərin yaşadıqlarına görə şəxsən günahkar olduğunu bilir və özünü təmizə çıxarmaq üçün ölkəmizdəki səfirinə belə sözlər deməsini tapşırıb. Fransa prezidenti və digərləri etdiklərinə görə cavab verməlidirlər. Onların hamısı Donald Tramp ABŞ prezidenti seçildikdən sonra cəsədə çevirildilər”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*