Fransa və Almaniyadan Ukraynaya DƏSTƏKbackend

Fransa və Almaniyadan Ukraynaya DƏSTƏK

Fransa və Almaniya Donbas bölgəsində vəziyyətin gərginləşməsindən narahat olduqlarını və Ukraynanın suverenliyini, ərazi bütövlüyünü dəstəklədiklərini ifadə ediblər.

KONKRET.az-ın məlumatına görə, bu barədə Almaniyanın xarici işlər naziri Heyko Maas və Fransa Respublikasının xarici işlər naziri Jan İv Lö Drianın yaydığı birgə bəyanatda qeyd olunub.

“Vəziyyəti, xüsusən də Rusiya qoşunlarının hərəkətlərini çox yaxından izləyirik və tərəfləri təmkinli olmağa və gərginliyi dərhal azaltmağa çağırırıq. Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyimizi təsdiqləyirik”-bəyanatda deyilir.

Diplomatlar Minsk razılaşmalarının şərtlərinin tam yerinə yetirilməsi üçün səy göstərməyə davam etdiklərini və bununla bağlı aparılan danışıqları dəstəklədiklərini vurğulayıblar. (Report)

Xatırladaq ki, 2014-cü ildə Rusiyanın Krımı ilhaq etməsindən sonra Ukraynanın Donbas bölgəsində hərbi əməliyyatlar başlayıb. Nəticədə Donetsk və Luqansk vilayətləri separatçıların nəzarətinə keçib.

Döyüşlər Ukraynanın Silahlı Qüvvələri və Rusiyanın dəstəklədiyi qondarma Donetsk və Luqansk respublikalarının silahlıları arasında gedir. Rəsmi Moskva döyüşlərdə iştirakının olması ittihamını rədd edir. yenisabah.az

Loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*