Fransa xarici kəşfiyyatının rəhbəri Rumıniyaya NİYƏ GEDİB? – Durov İFŞA ETDİbackend

Fransa xarici kəşfiyyatının rəhbəri Rumıniyaya NİYƏ GEDİB? - Durov İFŞA ETDİ

Fransa xarici kəşfiyyat xidmətinin (DGSE) rəhbəri Nikolya Lörner Rumıniyada keçiriləcək prezident seçkilərindən cəmi iki gün əvvəl bu ölkəyə səfər edib. Bu barədə “Telegram”ın yaradıcısı Pavel Durov məlumat verib.

KONKRET.az xəbər verir ki, Durov bu məlumatı rumıniyalı jurnalistə istinadla yayıb. Onun sözlərinə görə, Lörnerin səfərindən dərhal əvvəl Fransa prezidenti Emmanuel Makronun ən yaxın siyasi tərəfdaşlarından olan Avropa Parlamenti üzvü Valeri Hayer Rumıniyada növbəti prezidentin “avropapərəst” olması üçün yerli səviyyədə bütün imkanların səfərbər edilməsinin vacibliyini vurğulayıb.

Durov daha əvvəl də bildirmişdi ki, Fransa kəşfiyyatının rəhbəri Nikolya Lörner ona müraciət edərək Rumıniyada keçiriləcək seçkilərə təsir etməyə çalışıb.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*