Fransada hökumət dövlət xəstəxanalarına kifayət qədər vəsait ayırmasa, 660 həkim istefa verəcəyini açıqlayıb.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, küçələrə axışaraq tələblərini irəli sürən tibb işçiləri dövlət xəstəxanalarına tətbiq edilən repressiya tətbiqlərini ləğv etmək üçün danışıqlar aparılmasını tələb edib.
Həkimlər, xəstəxanaların tam gücü ilə işləməsi üçün ən azı 1,3 milyard avroya ehtiyac olduğunu bəyan edib. Etirazçılar bildirib ki, artıq 9 aydır dövlət xəstəxanalarında böhran davam edir. Amma ölkə rəhbərliyi bunun üçün heç bir tədbir görmür.
Qeyd edək ki, Fransada Prezident Emmanuel Makronun islahatlarına qarşı keçirilən tətillər 13 gündür səngimir. Bu gün paytaxtda 8 metro xətti və 20-yə yaxın metro stansiya bağlanıb, digər metro xətləri də müəyyən fasilələrlə işləyir.
Hazırladı: Günel MUSEYİB