Fransa Hərbi Hava Qüvvələrinə məxsus yüngül təyyarə ölkənin cənub-şərqində təlim uçuşu zamanı qəzaya uğrayıb.
KONKRET.az xəbər verir ki, bu barədə “Parisien” qəzeti ölkənin Müdafiə Nazirliyinə istinadən məlumat verib.
“Cirus SR-20″ təyyarəsi Alp dağlarının Yuxarı Provans ərazisində qəzaya uğrayıb. Hər iki pilot yaralanıb və onlar xəstəxanaya çatdırıblar”, – deyə məlumatda bildirilib.
