Fransada koronavirusa gündəlik yoluxmada REKORD qeydə alındıbackend

Fransada koronavirusa gündəlik yoluxmada REKORD qeydə alındı

Fransada cümə axşamı günü təxminən 10.000 yeni COVID-19 hadisəsi qeydə alınıb. Bu, pandemiya başlayandan bəri gündəlik ən yüksək saydır.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı Euronews telekanalı yayıb.

Milli “Santé Publique France” səhiyyə agentliyi əvvəlki 24 saat ərzində 9.843 yeni COVID-19 infeksiyasının təsdiqləndiyini açıqlayıb.

Worldometers-in məlumatına görə, bu, ölkənin epidemiya başlayandan bəri qeydə aldığı gündəlik ən yüksək hadisədir.

Xəstəxanaya yerləşdirmə sayı da artıb, son yeddi gündə 2200-dən çox COVID-19 xəstəsi yatırılıb, bunlardan 371 nəfəri reanimasiya şöbələrindədir.

Avropa Xəstəliklərin qarşısının alınması və Nəzarət Mərkəzinə (ECDC) görə, Fransa hazırda 100.000 adama 135.1 hadisə ilə AB-də ikinci ən yüksək xəstəlik sayındadır. İspaniya hələ də ən çox xəstələnən ölkədir.

Müdafiə Şurası iclasının “Covid-19” adı altında Fransada keçiriləcəyi bildirilib. İclasdan əvvəl açıqlama verən Fransa Prezidenti Emmanuel Makron Covid-19 ilə mübarizə çərçivəsində alınacaq yeni qərarların ölkə daxilində deyil, ehtiyac duyulan bölgələrlə məhdudlaşacağını bildirib.

Məhəmmədəli

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*