Fransada matəm elan olundubackend

Fransada matəm elan olundu

Fransa Prezidenti Emmanuel Makron Hind okeanında Fransaya aid Mayotta adasında qasırğa nəticəsində baş verən insan tələfatına görə dekabrın 23-nü milli matəm günü elan edib.

KONKRET.az xarici mediaya istinadla xəbər verir ki, dekabrın 14-də başlayan qasırğada küləyin sürəti 55 m/s-i keçib. İlkin məlumatlara görə, təbii fəlakət 30-dan çox insanın həyatına son qoyub, 1400 nəfər isə yaralanıb.

Səlahiyyətlilər, adanın 310 minlik əhalisinin 70%-nin qasırğadan ciddi zərər gördüyünü bildirərək, itkilərin və ölənlərin sayının arta biləcəyi barədə xəbərdarlıq ediblər./milliaz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*