Fransada meşədə məktəb yaradıldı – FOTO+VİDEObackend

Fransada meşədə məktəb yaradıldı - FOTO+VİDEO

Fransa hakimiyyəti karantin məhdudiyyətlərini yüngülləşdirdi və tədbirlərə uyğun olaraq məktəblərin açılmasına icazə verdi, lakin Monmeyran kəndində karantin müddəti uzadıldı.

KONKRET.az xəbər verir ki, bu barədə məlumatı “France Bleu” nəşri yayıb.

Fransanın Monmeyran kəndində 11 may tarixindən bəri Fransanın əksər bölgələrində bir sıra təhsil müəssisələri şagird qəbul etməyə başlasalar da, rəsmi şəxslər ibtidai məktəb açmaqdan imtina etdilər. Sonra müəllimlər və valideynlər meşədə dərslər keçirməyə qərar verdilər. Meşədə sinif yaradıldı, lövhə quruldu, məktəb masaları gətirildi.

Kənd rəhbərliyi məktəb açmaqdan imtina etdiklərini, müəssisədə tez-tez sanitariya keçirdiklərini izah etdi.

Monmeyran şəhərinin meri Bernard Brunet “Binanın düzülüşünə görə, şagirdlər arasında sosial məsafəni qorumaq mümkün deyil” dedi.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*