Fransanın qaz əti məhsulları istehsalı ilə məşhur olan Land bölgəsində quş qripi yayılıb.
KONKRET.az xəbər verir ki, ölkə mətbuatında yer alan xəbərə görə, ilk dəfə dekabrın 19-da bir fermada aşkarlanan xəstəlik artıq Landın Malossan, Man və Kastelner komunnnalarındakı ümumilikdə altı qaz təsərrüfatına sıçrayıb.
Məlumata görə, bu təsərrüfatlarda olan bütün heyvanlar məhv edilib. Təsərrüfatların ətrafında 3 kilometr enində qoruq sahəsi və 10 kilometr enində müşahidə zonası yaradılıb.